SON DƏQİQƏ

ÜST-dən “Omicron”la bağlı - Açıqlama

Tarix:3-12-2021, 20:15 Oxunub:239

"Viruslar zamanla dəyişir. Çoxaldıqca mutasiyalar baş verir. Biz bunu bütün viruslarda, qripdə görürük. Ona görə də bu, sürpriz deyil".

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə sözçüsü Riçard Pebodi deyib.
O, ÜST-ün vəziyyəti çox diqqətlə izlədiyini vurğulayıb.
R.Pebodi bildirib ki, yeni ştamın panikaya səbəb olmamalıdır:
“Hökumətlərə aydın çağırışla həssas qrupların peyvənd edilməsi lazım olduğunu bildirmişik”.
Pebodi virusu azaltmaq üçün fiziki məsafəyə, əl gigiyenasına və maskaların taxılmasına riayət edilməli olduğunu xatırladıb.
O, “Omicron” ştamının çoxlu sayda mutasiyaya malik olduğunu və bunun narahatlıq doğurduğunu da deyib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman