Böyük Britaniyanın Baş naziri Boris Conson yeddinci dəfə ata olub.
“Vətənim-Azərbaycandır.az” “Sky News” telekanalına istinadən xəbər verir ki, Consonun həyat yoldaşı Kerri qız övladı dünyaya gətirib.2021-ci ilin mayında belə məlum olub ki, Conson və nişanlısı Kerri Saymonds gizli mərasimlə ailə həyatı qurublar. 2020-c ilin aprelində cütlüyün Uilfred adlı oğlu dünyaya gəlib.
Bununla yanaşı, Baş nazirin hüquqşünas Marina Uiler ilə nikahdan 4 övladı, sənətşünas Helen Makintayrdan nikahdankənar bir qızı var.
Boris Conson daha əvvəl 6 övladının olduğunu etiraf etmişdi.