Əvvəllər Pentaqonla müqavilə əsasında işləyən amerikalı Rusiyaya casusluq cəhdi ittihamı ilə ABŞ-da saxlanılıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.Bildirilib ki, 63 yaşlı Con Rov Cənubi Dakotada saxlanılıb.
O, ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı məxfi məlumatları xarici hökumətə ötürməkdə ittiham olunur.
Günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.