Ukraynada COVID-19-un “Omicron” ştamına ilk yoluxma qeydə alınıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat yayıb.Nazir bildirib ki, “Omicron” ştamına yoluxmuş şəxs Birləşmiş Ərəb Əmirliklərindən Ukraynaya qayıdıb.
Qeyd edək ki, ölkədə son 24 saatda 7 min 503 nəfərə yoluxma faktı aşkar edilib, 288 nəfər virusa görə həyatını itirib.