SON DƏQİQƏ

Dünya şöhrətli aktyor 92 yaşında vəfat etdi

Tarix:23-12-2021, 04:36 Oxunub:316

Dünya şöhrətli britaniyalı aktyor Cek Hedli 92 yaşında vəfat edib.

Vətənim-Azərbaycandır.az” “The Times” qəzetinə istinadən xəbər verir ki, ağır xəstəliklə mübarizə aparan Hedli dekabrın 11-də dünyasını dəyişib.
Aktyorun vəsiyyətinə görə dəfn olmayacaq.
Qeyd edək ki, Hedli 1929-cu ildə Londonda anadan olub. O, 1950-ci illərdə filmlərdə rol almağa başlayıb. Aktyor, 1960-cı illərin əvvəllərində “BBC”nin “Tim Frazerin dünyası” serialında rol alıb və həmin onillik ərzində “Ərəbistanlı Lourens”, “Qırmızı Bıçaq”, “Cadu və Qan Adasının Sirri” daxil olmaqla bir çox filmdə çəkilib.
Hedli Ceyms Bondun "Yalnız Sənin Gözünə" (For Your Eyes Only) filmində ser Timoti Havelok rolunu canlandırıb. Ondan sonra Lusio Fulcinin "The New York Ripper" filmində rol alıb

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman