SON DƏQİQƏ

Kanada Putinə sanksiya tətbiq etdi

Tarix:18-05-2022, 06:03 Oxunub:223

Kanada Rusiya Prezidenti Vladimir Putinin, onun hökumətinin 1000-ə yaxın digər üzvünün və hərbçilərinin ölkəyə girişini qadağan edib.


Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino öz bəyanatında bildirib.

"Putin rejiminin yaxın adamlarının və əsas tərəfdarlarının, o cümlədən, bu əsassız təcavüzə görə məsuliyyət daşıyanların ölkəmizə daxil olmasını qadağan etmək Rusiyanı cinayətlərinə görə cavabdeh tutmağın bir çox üsullarından biridir", - deyə Mendiçino qeyd edib.

O, Kanadanın Ukraynanın paytaxtında səfirliyini yenidən açdığını bildirib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman