Türkiyə ordusu “Sülh çeşməsi” bölgəsində 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Hücum etməyə hazırlaşan terrorçuları aşkarlandıqları yerdə zərərsizləşdirməyə davam edirik. “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşdıqları təyin olunan 3 PKK/YPG terrorçusu atəşə dəstək maşınları ilə zərərsizləşdirilib”, - məlumatda qeyd olunub.