ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun “CBS” telekanalında iştirak etdiyi tok-şouda ona yadplanetlilər və 51-ci sahə haqqında sual verilib.
“Vətənim-Azərbaycandır.az” xarici mətbuata istinadən xəbər verir ki, Klinton prezidentliyi dövründə yadplanetlilərlə bağlı həqiqətləri üzə çıxarmaq üçün hər cür cəhd etdiklərini və həmin bölgəyə agentlər göndərdiyini etiraf edib.
Sabiq prezident Nyu-Meksiko ştatında baş verən naməlum uçan obyekt qəzasına toxunub:
“Biz yadplanetlilərin olmadığından əmin olmaq üçün 51-ci əraziyə bir qrup göndərdik. Texnologiya baxımından gizli araşdırmalarımızın çoxunu burada edirik. Məsələn, radar tərəfindən aşkar edilməyən təyyarələri uçurduğumuz kimi. Bu səbəbdən də onlar çox sirlidirlər”.
“Lakin bildiyimə görə, yadplanetlilər yoxdur”, - ABŞ-ın keçmiş prezidenti deyib