SON DƏQİQƏ

Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir

Tarix:2-04-2024, 14:32 Oxunub:190

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
M.Cabbarov qeyd edib ki, Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun ölkəyə səfəri çərçivəsində keçirilən görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib: “Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman