APREL 1-5 Zəfər carçıları

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermanıstan silahlı quvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks həmlə ilə təxribatlarının qarşısını aldı və bu, aprel döyüşləri kimi tarixə düşdü. Aprel döyüşlərində rayonumuz da 3 şəhid Yüzbəyov Əmrah Aydin oğlu, Qayıbov Elvin Sədrəddin oğlu, Mirzəyev Elvin Azadxan oğlu şəhid olmuşdur. Tədbirə dəvət olunan şəhid valideynləri dəvətə görə minnətdarlıqlarını bildirdilər.
Dünyanın harasında olursa olsun müharibələr qan qaydasız olmur. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət diləyirik! Tədbirin rəsmi hissəsindən sonra məktəblilərin ifasında vətənə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər.

Gülxar Rəhimli, "Xaçmaz". Vətənim-Azərvaycandır.az