


Ahəng Psixologiya Reabilitasiya inkişaf mərkəzinin və Məlhəm Beynəlxalq hospitalının təşkilatçılığı ilə 06.04.2024 -cü ildə Autizm ayı çərçivəsində Məlhəm Beynəlxalq hospitalında "İnkiluziv təhsil.İnkluziv təhsilə pedaqoji , psixoloji yanaşma 2" adlı maarifləndirici forum keçirildi.Forumda millət vəkili Vüqar İsgəndərov , məktəb direktorları , xüsusi məktəbin pedaqoqları , sağlamlıq imkanları məhdud uşaqlar, psixoloqlar , pedaqoqlar, tələbələr iştirak edirdi. 

Spikerlər pedaqogika üzrə fəlsəfə doktoru Gülşən xanım , klinikanın həkimləri Fəridə və Zabitə xanım , Ahəng PRİM -in rəhbəri Vüsalə xanım,Ahəng PRİM -in yeni açılmış Lökbatan filialının əməkdaşları Zümrüd xanım , Nigar xanım və Goranboy rayonununda fəaliyyət göstərən Leyla psixoloji mərkəzin rəhbəri Nicat bəy idi.Tədbirin sonunda spikerlərə təşəkkürnamə təqdim olundu.Sonda xatirə şəkili çəkildi

KAMRAN ORUCOV
VƏTƏNİM- AZERBAYCANDIR.AZ