VETENİM-AZERBAYCANDIR.AZ
Gürcüstan Aktif Azərbaycanlı Qadınlar Asosiasiyasının təşkilatçılığı , Tiflis Meriyasının dəstəyi ilə Rustaveli Milli Teatrında “Azərbaycan mədəniyyətinin tanınmış nümayəndələri və onların Tbilisinin multikultural mədəniyyətinə və tolerantlığına verdiyi töhfələr” adlı elmi-bədii gecə keçirildi. Tədbirin təşkilatçısı Gültəkin Mustafayeva bu gecənin əhəmiyyətindən danışaraq, layihənin uzunömürlü olacağına söz verdi. Gecədə Tbilisidə yaşayıb-yaradan şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında məlumatlar gürcü cəmiyyətinin nümayəndələrinə təqdim edildi.
Tədbirin bədii hissəsində milli musiqilərdən ibarət “Eyforia” ansamblı və “Ceyran” ansamblının solisti Nəzrin Qəmbərli çıxış edib.




