“Dünyada ardıcıl 4 həftədir ki, COVİD-19-a yoluxma artır”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib.
“Bundan başqa, 10 həftədən sonra ölüm sayı da artıb. Bu da həm insan həyatı, həm də dünya iqtisadiyyatı üçün böyük təhlükə yaradır”, - deyə o əlavə edib.
Qebreyesus vaksin çatışmazlığı yaşayan regionlarda həkimlər arasında narahatlığa səbəb olduğunu deyib.