Roma Papası Fransisk xəstəxanada hələ bir neçə gün də keçirməli olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Vatikan nümayəndəsi Matteo Bruni məlumat verib. O bildirib ki, Papa keçirdiyi yoğun bağırsaq əməliyyatından sonra hələ bir neçə gün reabilitasiya məqsədilə xəstəxanada qalacaq.
Qeyd edək ki, 84 yaşlı Roma Papası iyulun 4-də əməliyyat olunmuşdu. Əməliyyatın səhəri günü Vatikan onun hələ bir həftə xəstəxanada qalacağını elan etmişdi.