İslam dini əleyhinə cızma-qaraları ilə tanınan danimarkalı karikaturaçı Kurt Vestergaardın öldüyü açıqlanıb.
Avropa.info xəbər verir ki, Vestergaard Həzrəti Məhəmmədi Peygəmbəri (s.a.s) təhqir etməsi ilə tanınırdı.
Danimarkanın Extra Bladet qəzetinin xəbərinə görə, uzun müddətdir ağır xəstə olan və İslamofobik mövqeyi ilə tanınan danimarkalı karikaturaçı Kurt Vestergaard 86 yaşında ölüb.
2005-ci ildə Danimarkanın Jyllands-Posten qəzetində İslam Peyğəmbəri Həzrət Məhəmmədi (s.a.s) təhqir edən karikatura çəkən Vestergaarda dünyanın hər yerindən çox sərt reaksiyalar edilmişdi.
2015-ci ildə Vestergaard İslam dininə qarşı təhqiramiz məzmunlu yeni bir karikatura çəkərək milyonlarla müsəlmanın hesiyyatına toxunmuşdu.
İllərdir polisin himayəsində yaşayan Vestergaard evli idi və 5 övladı var.