SON DƏQİQƏ

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək

Tarix:Bu gün, 20:03 Oxunub:0

44GUN.ORG

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan daha 6 şəxs şəxsiyyəti müəyyənləşdirildikdən sonra dəfn ediləcək.
bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, itkin-şəhidlərin dəfn mərasimləri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək

***12:02
Sabah itkin dşümüş və şəxsiyyəti müəyyənləşdirilən daha 6 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.
bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib:
"Təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş adlı şəhid məzarlarının məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib. 377 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib".
Ədalət Həsənov bildirib ki, iyulun 1-də və 3-də daha 6 nəfər itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman