SON DƏQİQƏ

Əliyevin Ərdoğana zəngi, Zakir Həsənovun Kəlbəcər səfəri

Tarix:8-08-2021, 21:18 Oxunub:421

- Əliyevlə Ərdoğanın telefon söhbətində sərhəddə baş verənlər də müzakirə olundu;
- Türkiyə Milli Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında isə Ermənistana öhdəliklərini yerinə yetirməklə bağlı xəbərdarlıq edildi;

Yanğınlara görə diqqəti daxili məsələyə yönələn Türkiyə bununla tərəflərə - Ermənistana, dolayısı ilə həm də Rusiyaya mövqeyini xatırladır, Azərbaycanın yanında olduğunun mesajını verir.

Bunun fonunda Müdafiə naziri Zakir Həsənovun Kəlbəcər sərhədinə getməsi diqqət çəkir.

Nazirin Kəlbəcərə səfərindən iki nəticə çıxarmaq olar:

Birincisi, Ermənistanın istəyinin əksinə olaraq, Azərbaycan Ordusu mövqelərindən geri çəkilməyəcək;
İkincisi, Ermənistanın sərhədlərin bərpası prosesinə törədəcəyi maneələrə qarşı hərbi variant aktualdır;

İstisna deyil ki, Əliyev sərhəd istiqamətində atılacaq addımları da Ərdoğanla müzakirə edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman