Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Salome Zurabişvili ilə telefonla danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Telefon söhbətində Türkiyə-Gürcüstan əlaqələri və regional məsələlər müzakirə olunub.
Ərdoğan yanğınla mübarizədə nümayiş etdirdikləri həmrəyliyə görə Gürcüstan Prezidentinə təşəkkür edib.
O vurğulayıb ki, Türkiyə və Gürcüstan bölgədə ortaya çıxan yeni fürsətləri dəyərləndirərək, birgə enerji və nəqliyyat layihələri üzərində çalışa bilərlər.