“Vətən müharibəsindəki qələbəmizdən sonra məktəblərdə tədris olunan “Qarabağ tarixi” dərsliyi “Qarabağın zəfər tarixi” adlanacaq”.
“44gun.org Qafqazinfo ya istinadən ” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı danışarkən deyib. O qeyd edib ki, həmin dərslikdən 9-cu siniflərdə gələn tədris ilindən istifadə olunacaq:
“Məqsəd həm Qarabağın tarixi, həm Azərbaycanın müstəqilliyinin ilk illərində yaranan şəraitlə bağlı Qarabağı itirməyimiz, danışıqlar prosesi və ən vacib hissəsi-Azərbaycan ordusunun, xalqının zəfərinin məzmununu ana hissəsinə çevirməkdir”