Azərbaycanda ikinci əl avtomobil bazarında son vaxtlar aktvlik müşahidə edilir.
44gun.org xəbər verir ki, ötən il pandemiyanın yayılması və sərt karantin rejimin səbəbi ilə bu sahə də ciddi zərərlərə məruz qaldı. Amma bu il məhdudiyyətlərə baxmayaraq ikinci əl avtomobil bazarında bir qədər canlanma müşahidə edilir.
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov Metbuat.az-a bildirdi ki, ikinci əl avtomobil bazarında qiymətlərdə 5-10 faiz artım olacağı proqnoz edilir.