Azərbaycanda rəqəmsal transformasiya konsepsiyasının layihəsi hazırlanacaq
Tarix:8-05-2021, 23:43
Oxunub:317
Azərbaycanda rəqəmsal transformasiya konsepsiyasının layihəsi hazırlanacaq.
44gun.org məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 27 aprel tarixli 1325 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasında rəqəmsal transformasiya konsepsiyasının layihəsini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
FACEBOOK ŞƏRH
SON XƏBƏRLƏR