SON DƏQİQƏ

Göygöldə zəncirvari qəza baş verib, xəsarət alanlar var

Tarix:13-05-2021, 22:49 Oxunub:437

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanalı-Göygöl avtomobil yolunun rayonun Çaykənd kəndindənkeçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Bu zaman yolla hərəkətdə olan digər “Mercedes” markalı avtomobil toqquşan avtomobillərə çırpılıb. Qəzadan sonra “Mercedes” yoldan çıxaraq aşıb. Qəza zamanı 1991-ci il təvəllüdlü Aysel Rzayeva və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman