SON DƏQİQƏ

Şamaxı rayonundakı “Türbələr kompleksi” tikintisi nəzərdə tutulmuş layihələr siyahısına salınıb

Tarix:19-05-2021, 21:48 Oxunub:208

Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli “Türbələr kompleksi” (8 ədəd) Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, türbələr XVII əsrdə inşa olunub: “Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər. “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman