Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
- Həbsdə olan sabiq nazir müavinin məhkəməsinin vaxtı məlum olub
- Bakıda bağlı qapı arxasında qalan şəxsin meyiti aşkar olunub
- DİN əməliyyat keçirib, 128 kq narkotik dövriyyədən çıxarılıb
İstintaqla müəyyən edilibki, mərhumun qohumu 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb.
Tural Məmmədov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.