Baş nazir Əli Əsədov bu gün BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzla görüşüb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, görüşdə Azərbaycanla BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olunub, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd olunub.