Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasın yenilənməsini həyata keçirib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.Bildirilib ki, yenilənmiş əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.
“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən, Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.