Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı artaraq 723 manat 20 qəpik olub.
“Vətənim-Azərbaycandır.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz çoxdur.Qeyd edək ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 2,4 faiz artaraq, 47,3 milyard manat təşkil edib.