“Məşğulluq xidmətləri tərəfindən il ərzində 68 500 nəfər şəxs işlə təmin edilib. İl ərzində 109 min vakansiya formalaşdırılıb”.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatların sosial problemlərlə bağlı fikirlərinə cavab verərkən deyib.A. Əliyev bildirib ki, milli işçi qüvvəsinin hazırlanması peşə və kvalifikasiya standartının hazırlanmasına növbəti ildə 1 milyon manat vəsait ayrılacaq: “50 milyon vəsaitlə peşə xidməti dəstəyi göstərilməsi təklif edilir.
2022-ci ildə haqqı ödənilən işlərə 2 milyon manat xərclənməsi nəzərdə tutulur. Ölkənin məşğulluq xəritəsi, ölkə üzrə məşğulluq reyestri üzrə işlər 2022-ci ildə tamamlanacaq. Bu, qeyri-formal məşğulluğa nəzarəti gücləndirəcək. Növbəti ildə məşğulluq tədbirlərinin böyük hissəsi işğaldan azad olunmuş ərazilərə geri dönəcək vətəndaşların məşğulluğunun təmin edilməsinə yönəldiləcək”.