Türkiyə lirəsi rekord şəkildə ucuzlaşdıqdan sonra möhkəmlənməyə davam edir.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, dollar lirə qarşısında ucuzlaşıb və hazırda 1 dollar 11,69 lirə təşkil edir.Xatırladaq ki, lirə təkcə noyabr ayı ərzində 2021-ci ilin əvvəli ilə müqayisədə demək olar ki, üçdə bir dəyər itirib. Dekabrın 20-si rekord səviyyəyə qədər ensə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra dövlət başçısının açıqlamaları fonunda bahalaşıb.