“Ölkədə əmək pensiyalarının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılacaq. Burada 40 manat artımdan söhbət gedir. 10 ayın göstəricilərinə görə, ölkədə orta aylıq əməkhaqqı 723 manatdır. İlin axırına kimi 3 faiz artım ola bilər. 2022-ci ildə artım olarsa, yaxşı olar ki, pensiyaçıların pensiyasında humanist və nəzərəçarpan artım olsun”.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.O qeyd edib ki, ölkədə demək olar, əhalinin çox hissəsi isə 443 manat məbləğində median əməkhaqqı alır: “Bu median əməkhaqqı alanların pensiyasında artım olacaqmı? Yaxşı olar ki, yüksək maaşlı iş yerlərinin sayı artsın”.