“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə dəyişikliklər ediləcək.
“Vetenim-Azerbaycandır.az” xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu gün keçirilən iclasda məlumat verib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan bu layihə çox humanist sənəddir: “Qanuna 21.1.4-1-ci maddə əlavə edilməklə “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” birdəfəlik möhlət hüququ verilir”.