Belarusda paraşüt təlimi zamanı iki rusiyalı hərbçi həlak olub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamenti məlumat yayıb. Bildirilir ki, hadisə noyabrın 12-də Belarusun Qrodno şəhəri yaxınlığında naməlum eniş yerinə Hərbi Hava Qüvvələrinin bölməsinin enişi zamanı baş verib.Güclü külək və hündürlüyün kifayət qədər olmaması səbəbindən ehtiyat paraşütün açılmaması sərt enişə səbəb olub. Hərbçilər yaralansalar da, onların həyatını xilas etmək mümkün olmayıb.