“Bizim hesablamalarımız göstərir ki, 2035-ci ildə Azərbaycanda orta ömür uzunluğu 78 yaşa çatacaq”.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə müzakirələri zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.O qeyd edib ki, pandemiya dövründə gənclərin, yaşlıların ölməsi ölkədə orta ömür uzunluğunu kəskin aşağı salıb: “Ancaq 1 ilə biz pandemiyadan əvvəlki orta ömrə qayıdacağıq. Əsas qlobal problem əhalinin yaşlaşmasıdır. 2035-ci ildə Azərbaycanda orta ömür uzunluğu 78 yaşa çatacaq”.