Qaxda 45 yaşlı kişi yol qəzası zamanı xəsarət alıb.
"Vətənim-Azərbaycandır.az"ın məlumatına görə, ötən gün rayonun Zəyəm kənd sakini, 1976-cı il təvəllüdlü İnqilab Balı oğlu Balıyev kəllə-beyin travması xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.Müayinə zamanı İnqlab Balıyev yıxılaraq xəsarət aldığını bildirsə də, onun yol qəzası zamanı xəsarət aldığı məlum olub.
İnqlab Balıyevin müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.