SON DƏQİQƏ

Qəzadan 15 dəqiqə əvvəl... - Fotolar

Tarix:30-11-2021, 20:44 Oxunub:296

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, həlak olanlardan biri də mayor Əliyev Emil Elman oğludur.
O, hadisədən 15 dəqiqə əvvəl helikopterdə çəkilmiş fotolarını yaxın qohumuna göndərib, təlimdə olduğunu bildirib.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb. 
Murad Əhməd



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman