SON DƏQİQƏ

Qəzada yaralanan hərbçilərin səhhəti ilə bağlı - Açıqlama

Tarix:30-11-2021, 22:16 Oxunub:260

"Həlak olmuş şəhidlərimizin valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar bu gün təşkil olunan brifinqdə məlumat verib.
Qəza nəticəsində 14 hərbi qulluqçumuzun həlak olduğunu, 2 hərbi qulluqçumuzun yaralandığını xatırladan DSX rəisi bildirib:
“Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır. Onların sağlamlığının bərpası üçün həkimlərimiz tərəfindən zəruri tədbirlər görülməkdədir”.




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman