Xəbər verdiyimiz kimi, ötən gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.
“Vətənim-Azərbaycandır.az” qəzaya uğrayan helikopterin bundan öncə keçirilən təlimdə lentə alınmış fotosunu əldə edib.Bu təlim isə cari ilin sentyabr ayının 13-dən 15-dək keçirilib.
Xəzər dənizində keçirilən taktiki təlimə ötən gün qəzaya uğrayan Mi-17 tipli 20136 bort nömrəli helikopter də cəlb olunmuşdu.
