SON DƏQİQƏ

Gecə klubundakı xilasetmə əməliyyatı başa çatdı - FHN

Tarix:3-04-2022, 08:30 Oxunub:237

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

"Vətənim-Azərbaycandır.az" FHN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata istinadən bildirir ki, hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub. 
Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.









FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman