SON DƏQİQƏ

Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır - Rəsmi

Tarix:3-04-2022, 08:15 Oxunub:252

Bu gecə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu haqda TƏBİB açıqlama yayıb. Qeyd edilib ki, xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıb.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman