Xəbər verdiyimiz kimi, Bakının mərkəzindəki gecə klubunda baş verən partlayış zamanı ətrafa da ziyan dəyib.
“Vətənim-Azərbaycandır.az” ın hadisə yerində olan əməkdaşının məlumatına görə, nəticədə obyektin ətrafında park edilmiş vəziyyətdə olan 10-dan çox avtomobil zədələnib.Bundan başqa, fotolardan yaxınlıqdakı digər kafe-restoranların da partlayışdan ziyan gördüyü məlum olur.
Xatırladaq ki, partlayış Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müzəffər İsmayılov

