SON DƏQİQƏ

Sumqayıt şəhəri Təhsil Şöbəsində "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirildi.

Tarix:8-04-2022, 19:11 Oxunub:339

Narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbirlər. Sumqayıt şəhəri Təhsil Şöbəsində "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirildi.
Görüşdə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə , Təhsil Şöbəsinin metodisti  Cəmilə Fəyyaz, narkomaniya  eksperti Emil Maqalov iştirak edib.
Tədbirdə narkotik vasitələrin təhlükəsi və insan sağlamlığına məhvedici təsirindən danışılıb. Həmçinin sağlam cəmiyyətin formalaşmasında gənc nəslin rolundan bəhs edilib.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Çinarə Cənnətova 
"Vətənim-Azərbaycandır.az"

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman