SON DƏQİQƏ

Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi - Fotolar

Tarix:11-04-2022, 16:19 Oxunub:299

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirilib. 

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, tədbir Prezident İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin dördüncü ildönümünə həsr olunub. 
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayevaşəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açıb: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi xətti respublikamızı ağır sınaqlardan çıxarıb, milli dövlətimizi məhv olmaq təhlükəsindən xilas edib. Yaranmış sabit mühit və tərəqqiyə gedən yol layiqli varis İlham Əliyev tərəfindən yüksək işgüzarlıqla daha da genişlənir və inkişaf etdirilir. Uğurların nəticəsidir ki, xalqımız dördüncü dəfə öz taleyini İlham Əliyevə etibar edib.
Ali Baş Komandan kimi Vətən Müharibəsində ümumi rəhbərliyi həyata keçirərək şanlı ordumuzla qələbəyə nail olmuş, Zəfərə imza atıb. Apardığı müdrik daxili və xarici siyasət həmişə öz bəhrəsini verib. Cari ilin aprelin 6-da Brüssel görüşlərində böyük uğur qazanıb”.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman