SON DƏQİQƏ

Karantin postları tamamilə sökülür

Tarix:16-04-2022, 13:02 Oxunub:197

Koronavirus pandemiyasının yayıldığı kəskin vaxtlarda Bakıdan bölgələrə gedən yollarda qurulmuş postların tamamilə sökülməsinə başlanılıb.

Bu gün Şamaxı istiqamətində qurulmuş dəmir konstruksiyaların söküldüyü müşahidə olunub.
Məsələ ilə bağlı "Vətənim-Azərbaycandır.az" DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya bildirilən məlumata istinadən həmin postlar müvəqqəti xarakter daşıyırdı: “Postlar daimi xarakter daşımadığı üçün sökülə bilər”.
Xatırladaq ki, 2020 və 2021-ci illərdə koronavirus pandemiyası səbəbi ilə insanların təmasını azaltmaq üçün paytaxtla bölgələr arasında polis postları qurulmuşdu. Məhdudiyətlər zamanı həmin postlardan yalnız “icaze.e-gov.az” portalında icazəsi və müvafiq xidməti vəsiqəsi olan şəxslər keçə bilirdi.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman