Rusiya ordusu Lvov vilayətinə raket zərbələri endirib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Lvov hərbi administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.Bildirilir ki, hücum səhər saat 05:46-da başlayıb və 07:02-yə qədər davam edib.
“Lvov vilayətinə raket zərbələri Su-35 təyyarələrindən endirilib.
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Qərb" Hərbi Hava Komandanlığının zenit-raket qoşunlarının bölmələri dörd qanadlı raketi məhv edib! İşğalçıların qırıcıları Baranoviç aerodromundan havaya qalxıb", - Kozitski bildirib.