Türkiyədə Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə həyata keçirilən “Komando təməl kursları” və “Təxminat təlimləri” keçirilir.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat paylaşıb.“Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə davam edən “Əsas Komando Kursları” və “Təxminat təlimləri” çərçivəsində beş Azərbaycan briqadasında “Uzaq məsafəyə müqavimət yürüşləri” həyata keçirilib”, - deyə paylaşımda qeyd olunub.


