Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrliyində sabah saat 05:00-dan 06:00-dək hərəkət qismən məhdudlaşdırılacaq.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, hərəkətin məhdudlaşdırılmasına səbəb qeyd olunan hissədə yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılmasıdır.Sürücülərdən göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.