Eyni gün şəhid olmuş İman və Bəhram qardaşlarının adları dünya sularında
“Palmali Qrupu” Qarabağ müharibəsində eyni gündə şəhid olmuş İman və Bəhram Məmmədzadə qardaşlarının adlarını daşıyan yük gəmisini Yalovadakı Aykın Gəmiqayırma Zavodunda Mübariz Mənsimov və ailəsinin də iştirak etdiyi mərasimlə suya buraxıb.Uzunluğu 140, eni 17 metr və daşıma qabiliyyəti 7500 DWT olan nəhəng tanker Yalovadakı Aykın Gəmiqayırma Zavodundan yola salınıb. Bildirilib ki, 44 gün davam edən və Azərbaycanın 3000 əsgərini itirdiyi Dağlıq Qarabağ müharibəsində eyni gündə şəhid olmuş İman və Bəhram qardaşlarının adlarına dünya sularına çıxan gəmi ərzaq, xüsusən də Türkiyə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən günəbaxan və digər bitki yağları məhsulları daşıyacaq”.
Bundan sonra hər gəmilərə şəhidlərimizin adları veriləcək

Allah hər kəsə şəhidlik nəsib etməz. Şəhidlər Allahın seçilmiş insanlarıdır. Bundan sonra biz – “Palmali ailəsi” kimi az da olsa, şəhidlərimizin ruhunu şad etmək üçün donanmamızda olanları dəyişməklə və yeni qoşulan gəmilərə şəhidlərimizin adlarını verəcəyik.
Şəhidlərin adlarını yaşatmaq müqəddəs işdir

Gəmi üçün hazırlanmış qızıl sikkə şəhid qardaşların ailələrinə təqdim edildikdən sonra İman və Bəhram Məmmədzadə qardaşlarının adlarını daşıyan gəmi dənizə açılıb.Yalovanın “Doğru yol” tərsanəsindən gəmi aprelin 26-dan dünya sularına yola düşəcək.

Bakı şəhərinin Binə qəsəbəsində doğulan, əslən Lerikdən olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədzadələr Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gələrək hərbi xidmətə çağırılmalarına 1 il qalmasına baxmayaraq, hərbi komissarlığa gedib könüllü şəkildə Azərbaycan Ordusuna yazılıblar. 2020-ci il sentyabrın 27-də döyüşlər başlayanda ilk olaraq cəbhəyə yola düşüblər. Füzuli, Cəbrayıl və Zəngilanın işğaldan azad olunmasında iştirak ediblər. Qardaşlar noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən qızğın döyüşlərdə şəhid olublar. Şəhid qardaşlar İman və Bəhram "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif ediliblər.


Qeyrət qalası
Sən Odlar yurdunun qeyrət qalası,
Mübariz övladı, ərən balası,
Sən Turan elinin ərmağanısan,
Mərdlik nümunəsi, türklük qanısan.
Sən cahan mülkünün Ay-Günəşisən,
Könüllər taxtının pir atəşisən.
Sənin şərəfinlə çağladıq, coşduq,
Şəninə nəğmələr, dastanlar qoşduq.
Sarıldıq amana, sarıldıq aha,
Səsimiz yetişdi böyük ALLAHA.
Abidə ucaltdın şəhidlərə sən,
Tarixlər yazılan qızıl qələmsən.
Dənizin suları mirvari axdı,
Dərin dəryalardan Poladım baxdı.
Dalğalar çağladı, sahillər dindi,
Qayalar baş-başa verib sevindi.
Bayraqlar ucaldı Ayla, ulduzla.
Dostlar qarşılandı çörəklə, duzla.
Var olsun sizləri böyüdən Ana.
Şərəf gətirdiniz yurda, cahana
Qeyrət tacısınız Azərbaycana!