SON DƏQİQƏ

Nazir Namidan Piriyevə yüksək vəzifə verdi

Tarix:27-04-2022, 14:57 Oxunub:268

Bir müddət öncə Daxili İşlər Nazirliyinin tabeliyinə verilən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Namidan Piriyev gətirilib.
Məlumatı DİN-in Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.
O, bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, daha öncə İdarənin şöbə rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, NİİM bu il fevralın 7-də DİN-in tabeliyinə verilib. Qurum həmin tarixədək Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman