“Sumqayıt Şəhər Polis Şöbəsinin dəstəyi ilə bizim mülki müdafiə qoşunlarının əməkdaşları və yanğınsöndürənlərin köməyi ilə ərazidəki insanlar təxliyə olunub”.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu yanğın baş verən ərazidə fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.Nazirin sözlərinə görə, yaxında elə bir yaşayış məntəqəsi yoxdur:
“Şəxsi heyət arasında yaralanan, zəhərlənən yoxdur. Heç bir əməkdaşımız, polis yaralanmayıb”.
“5 min kvadrat metr yer yanır. Onun 4 min kvadrat metri söndürülüb, hazırda yanan və söndürülmə işi aparılan ərazi min kvadrat metrdir. Söndürmə sürəti normativdən iki dəfə çox olub. Heç bir gec söndürmədən söhbət getmir”, - nazir əlavə edib.